Şagirdlər yemək süfrəsinin qurulmasını öyrəniblər
Məktəbin ibtidai sinif müəllimi Nuridə Məmmədova rəhbəri olduğu 2E sinfində Texnologiya dərsi zamanı şagirdlərə "Yemək ləvazimatları, süfrənin hazırlanması" mövzusunda söhbətlər aparıb.
Şagirdlər yemək süfrəsinin qurulması, süfrəyə düzmək üçün istifadə olunan tərəvəzlərin doğranması, düzülməsi, istifadə forması və süfrəyə təqdim olunması üzrə bacarıqlarını nümayiş etdiriblər.
Yekunda sinif rəhbəri şagirdlərin bacarıqlarını qiymətləndirib və onlara müvafiq tövsiyyələrini çatdırıb.