"Uşaq hüquqları aylığı" və "Zərərli vərdişlərə son" şüarı ilə rəsm müsabiqəsi təşkil olunub

    Ölkəmizdə elan edilən "Uşaq hüquqları aylığı" çərçivəsində məktəb üzrə müxtəlif maarifləndirmə tədbirləri və müsabiqələr təşkil olunur.

    Bu istiqamətdə "Zorakılığa yox", eləcə də "Zərərli vərdişlərə son" şüarı ilə məktəbdə fotomüsabiqə təşkil olunub.

    Müsabiqədə məktəbin istedadlı şagirdlərinin əl işlərindən ibarət sərgi nümayiş etdirilib.

    Qeyd edək ki, bəşəriyyətin gələcəyi olan uşaqların hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bunun nəticəsi olaraq uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması istiqamətində mühüm işlər görülür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi