"Mütaliə aylığı" elan olunub
Mütaliə bir cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar. Mütaliə insanı söhbətcil və hazırcavab edir. Mütaliə təfəkkürü dərinləşdirir.
Məlumdur ki, mütaliənin əsasını kitablar təşkil edir.
Mütaliə hər bir şagirdin tərbiyə olunmasında, dünyagörüşünün artırılmasında çox böyük rol oynayır.
Şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi, nitq mədəniyyətinin inkişaf etdirilməsi, dərsdənkənar vaxtlarının səmərəli təşkili məqsədilə məktəbimizdə şagirdlərin geniş cəlb olunduğu “Mütaliə aylığı” elan olunub.