Pedaqoji şura iclası keçirildi
24 oktyabr 2022-ci il tarixində məktəbin akt zalında növbəti Pedaqoji şura iclası keçirilib. İclasda məktəbin yeni direktoru Kamran İsalı, direktor müavinləri Şəfiqə Əlizadə, Natəvan Mustafayeva, Anar Miriyev, Camaləddin Quliyev, psixoloqlar Çinarə Həsənova, Nigar Babayeva və müəllimlər iştirak ediblər. Əvvəlcə direktor Kamran İsalı çıxış edərək kollektivi salamlayıb, məktəb barəsində təəssüratlarını bölüşüb. Həmçinin məktəbin tədris, təşkilati, inzibati və texniki istiqamətləri üzrə fikirlərini çatdırıb, məktəbin fəaliyyət planı üzrə görüləcək işlərdən bəhs edib. Eyni zamanda məktəbdə fənlər üzrə tədrisin vəziyyətinin, müəllimlərin dərsin təşkili ilə bağlı fəaliyyəti, kollektivin sənədlərlə işinin təşkili, STEAM layihəsi, siniflər üzrə Diaqnostik qiymətləndirmənin nəticələri, şagirdlərin dərsliklərlə olan təminatı, şagirdlərin dərsə yüksək davamiyyəti, buraxılış imtahanı fənləri üzrə keçirilən monitorinqlər barədə çıxış edib. Daha sonra çıxış edən direktor müavinləri ibtidai və yuxarı siniflər üzrə tədris fəaliyyəti, ,dərs dinləmələri, şagirdlərin davamiyyəti, məktəbdənkənar və sinifdənxaric fəaliyyət və digər istiqamətlər üzrə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumatlar veriblər. Yekunda məktəbin direktoru İsalı Kamran yeni məktəbli formalarını sinif üzrə tam təmin edən və eyni zamanda dərsə gecikən şagirdi olmayan sinifləri təltif edib, bütün kollektivə fəaliyyətlərində uğurlar arzulayıb.