“Yol hərəkəti qaydalarını öyrənək və əməl edək!” mövzusunda maarifləndirici tədbir keçirilib
Məktəbdə Xəlilova Rəvanənin rəhbəri olduğu 1 "d" sinfində “Yol hərəkəti qaydalarını öyrənək və əməl edək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd uşaqlara yol hərəkəti qaydalarının kiçik yaşlardan öyrədilməsini təbliğ etmək və onlarla bağlı yol-nəqliyyat hadisələrinin sayını azaltmaqdır.
Tədbirdə yol nişanları, piyada keçidləri, təhlükəsizlik kəmərinin əhəmiyyəti ilə bağlı maarifləndirici videoçarxlar nümayiş olunub. Nümayiş olunan videoçarxlar vasitəsilə uşaqlara piyadaların səhvləri izah olunub, təhlükəsizlik kəmərini bağlamayanda hansı pis nəticələrlə qarşılaşacaqları uşaqlara izah edilib. Həmçinin yol nişanları haqqında da şagirdlərə geniş məlumat verilib.
Bu mövzuda maarifləndirici tədbirlərin il ərzində digər siniflər üzrə də davam etdirilməsi nəzərdə tutulur.