“Zərərli vərdişlərə son” adlı maarifləndirmə tədbiri keçirilib

Oktyabrın 21-də məktəbdə müxtəlif siniflər üzrə narkomaniya və digər zərərli vərdişlərlə mübarizəyə həsr olunmuş  “Zərərli vərdişlərə  son” adlı  maarifləndirmə  tədbiri keçirildi. Tədbirin əsas məqsədi iştirakçıları narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə şagirdlər arasında daha səmərəli iş aparmaq üçün məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğatı gücləndirmək və təhsilə, elmə, olan marağı artırmaq məsələlərini müzakirə etməkdən ibarətdir.

 

Tədbirdə  şagirdlər qarşısında çıxış edən məktəb rəhbərliyindən Anar Miriyev, Çinarə Həsənova, Nigar Babayeva və məktəbin həkimi Tahirə xanım mövzu haqqında iştirakçılara məlumat verərək onları hər zaman zərərli vərdişlərdən  uzaq olmağa çağırdılar. Tədbirdə tütün və narkotik maddələrin orqanizmdə səbəb olduğu müxtəlif xəstəliklərlə yanaşı, insan psixologiyasında, ailə mühitində yaratdığı problemlər barədə danışıldı.

Zərərli vərdişdən uzaq olmaq və bu sosial bəlaya qarşı mübarizə aparmaq üçün zəruri tövsiyələr verildi. Bildirildi ki, narkomaniya və digər zərərli vərdişlər təkcə insanın fiziki sağlamlığına mənfi təsir göstərmir, həm də onun mənəviyyat aləmində, şəxsiyyət kimi formalaşmasında ciddi problemlər yaradır.

 

Həmçinin iştirakçılarla mövzu ətrafında maraqlı müzakirələr oldu, maarifləndirici materiallar paylanıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi