IX siniflərdə monitorinq keçirildi

    Məktəbin IX siniflərinin şagirdləri üçün buraxılış imtahanı fənn bloku üzrə monitorinq təşkil olunub. Məktəb rəhbərliyi tərəfindən keçirilən monitorinqin əsas məqsədi şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, buraxılış imtahanı fənn bloku üzrə tədris keyfiyyətini daha da artırmaq, məktəb özünüqiymətləndirməsi ənənəsini formalaşdırmaq və onun tətbiqi üçün zəmin yaratmaqdan ibarətdir.

    Monitorinq zamanı şagirdlərin təlim dili, riyaziyyat, xarici dil fənləri üzrə müvafiq bilikləri yoxlanılıb. Monitorinqin nəticələrinin yaxın günlərdə açıqlanması nəzərdə tutulur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi