Tədbirlər
18 oktyabr Dövlət Müstəqilliyi və 12 noyabr Konstitusiya günü ilə əlaqədar məktəbin konfrans zalında toplantı keçirildi. Ayrı-ayrı siniflər tərəfindən divar qəzetləri buraxıldı. Təşkilat saatlarında sinif rəhbərləri tərəfindən bu tarixi günlər barədə şagirdlərə məlumat verildi.8 noyabr 2016-cı il tarixində "5a" , "6d" , "7d " sinif şagirdlərinin iştirakı ilə 9 noyabr “Azərbaycan Respublikasının Dövlət Bayrağı günü’’nə həsr olunmuş tədbir keçirildi. Tədbir Dövlət Bayrağının gətirilməsi və Dövlət Himninin səslənməsi ilə başlandı. “Dövlət Bayrağı günü”nün qeyd olunması ilə əlaqədar ssenari və tədbirlər planı hazırlandı. Aparıcılar tədbiri açıq elan etdilər.Dövlət bayrağının yaranma tarixindən məlumat verildi. Şagirdlər Dövlət Bayrağına və Azərbaycan Respublikasına həsr edilmiş şeirlərini söylədilər. 6d sinif şagirdi Nəzrin Ağabalıyeva, "7ç" sinif şagirdi Xavər Vəliyeva Dövlət Bayrağına həsr edilmiş şeirlərini söylədilər. 6d sinif şagirdi Əhmədova İlhamə, 6d sinif şagirdi Talıbova Aysel, “Azərbaycan mahnısını’’ ifa etdilər. Dövlət Bayrağı tarixinə həsr edilmiş video-çarx göstərildi. Bir qrup şagirdlər tərəfindən erməniləri ifşa edən kiçik səhnəcik göstərildi. 5a sinif şagirdi İmanova Nigar, "6d" sinif şagirdi Ağabalıyeva Nəzrin , 7ç sinif şagirdləri Vəliyeva Xavər,Hacızadə Ayanın“ Yaşa Azərbaycan ’’ mahnısının oxunuşu ilə sona çatdı. Ayrı-ayrı siniflər tərəfindən “9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü’’ həsr edilmiş divar qəzetləri hazırlandı.BMT - nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırması məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə əlaqədar 20 oktyabr - 20 noyabr 2016 - cı il tarixində respublikamızda “Uşaq hüquqları aylığı’ ’elan edilmişdir. Bununla əlaqədar, bu aylıq çərçivəsində Nizami rayonu K.Əyyubov adına 12 №-li tam orta məktəb üzrə bir çox işlər görülmüşdür. Bununla əlaqədar 11 noyabr 2016-cı il 9-10-cu sinif şagirdlərinin iştirakı ilə “Dəyirmi masa ’’keçirildi. “Dəyirmi masa”ya Təhsil Problemləri qəzetinin şöbə müdiri Hüsniyyə xanım Əlizadə dəvət olundu. Dəyirmi masa diskussiya şəraitində keçdi.Konvensiyanın ayrı-ayrı maddələri müzakirə edildi. Müzakirə ətrafında yaranan suallar cavablandırıldı. Şagirdlər Konvensiyanın yaranma tarixindən, onun əhəmiyyətindən danışdılar. “Dəyirmi masa’’şagirdlərin bilik və natiqlik bacarıqlarının və dünya görüşlərinin,onların fəallığının inkişaf etdirilməsinə, uşaq hüquqlarının öyrənilməsinə yönəldilmişdi. “Dəyirmi masa ’’Təhsil Problemləri qəzetində işıqlandırıldı.Bundan başqa bu aylıqla əlaqədar V-VIII sinif şagirdlərinin iştirakı ilə “Xoşbəxt uşaqlar’’ mövzusunda rəsm sərgisi keçirildi. "5b" sinif şagirdi Məmmədov Rəvan , "6ç" sinif şagirdləri Əliyeva Əlvan, Hüseynli Nərmin,Bayramlı Nursel , "8c" sinif şagirdləri Yəhyazadə Nəzrin, Quluzadə Fidan, Cəfərov Kənan fərqlənmişlər. Şagirdlər çəkdikləri rəsmlər haqqında qısaca məlumat verdilər. Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar 11 noyabr 2016-cı il tarixində, VIII-X-cu siniflərin iştirakı ilə “Mən toletarantlığı necə başa düşürəm’’ mövzusunda inşa və esse yazı müsaqibəsi keçirildi. Müsaqibədə 8a sinif şagirdi Məmmədova Aysel , "9d" sinif şagirdi Əhmədova Zeynəb,8a sinif şagirdi Muxtarova Esmira, "10c" sinif şagirdi Hüseynzadə Fidan fərqlənmişlər. Müsaqibədə dil-ədəbiyyat fənni üzrə metodbirləşmə sədri Nailə Zeynalova, dil-ədəbiyyat müəllimi Cəmilə Salamova , təşkilatçı Bağıyeva Qızılgül, UBR-nın rəhbəri Ətlas Rəhimova iştirak etdilər.