"Enerji içkilərinin fəsadları" mövzusunda şagirdlər maarifləndirildi

"Enerji içkilərinin fəsadları" mövzusunda şagirdlərə müxtəlif siniflərdə məlumatlar verildi. Məktəbin təşkilatçı müavini Anar Miriyev, məktəbin psixoloqları Çinarə Məmmədova və Babayeva Nigar enerji içkilərinin insan orqanizminə zərərləri barədə şagirdləri maarifləndiriblər. Qeyd olunub ki, enerji içkiləri kiçik yaş qruplarında olan uşaqlarda yuxusuzluq, piylənmə, böyrək xəstəlikləri, sinir sisteminin pozğunluqlarına və s. səbəb olur. Şagirdlərin diqqətinə çatdırıldı ki, bu qida məhsulları daha çox fiziki və zehni gücü artıran məhsullar olaraq ictimaiyyətə təqdim edilsə də, insanların sağlamlığı üçün zərərli tərəfləri mövcuddur. Ümumdünya Səhiyyə Təşkilatı hazırladığı hesabatda enerji içkiləri üçün kofein məhlulunun maksimum həddinin müəyyənləşməsini, marketinq fəaliyyətlərində standartların tətbiq olunmasını, enerji içkilərinin uşaqlara satılmasının qarşısının alınmasını məsləhət görür. Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onlara sağlam qidalanma ilə bağlı tövsiyələr çatdırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi