“Əhməd Cavad - 130” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2022-ci il tarixli “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən ölkə üzrə milli istiqlal şairinə həsr olunan çoxsaylı tədbirlərin təşkili nəzərdə tutulub. Məktəbimizdə də Əhməd Cavadın 130 illiyinə həsr olunan bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Belə tədbirlərin biri məktəbin Azərbaycan dili və ədəbiyyatı fənn müəllimi Cəfərova İradə tərəfindən 7E sinfinin şagirdləri ilə keçirilmişdir. Tədbirdə eyni zamanda məktəbin rəhbər heyətindən Anar Miriyev, Ətlas Rəhimova, kitabxana müdiri Natəvan İsgəndərova və sinif rəhbəri Xədicə Əkbərova da iştirak ediblər. İki hissəli baş tutan tədbir öncə məktəbin kitabxanasında, daha sonra isə sinif otağında keçirilib. Tədbirdə Əhməd Cavadın 130 illiyi münasibətilə qeyd edilən sinfin hazırladığı divar qəzeti də nümayiş etdirilib. Tədbir zamanı Əhməd Cavadın həyatı və çoxcəhətli fəaliyyəti haqqında məlumat verilib, onu böyük şair, maarifçi və ictimai xadim kimi xarakterizə ediblər. Vurğulanıb ki, Əhməd Cavad vətəninə, elinə, bütövlükdə türk dünyasına bağlı əsl mücahid olmuş, türkçülüyə sevgisinə görə dövrün sovet ideoloqları tərəfindən böyük təhlükə kimi qələmə verilmişdir. Bu səbəbdən də vətənə sevdalı şair amansız 1937-ci il repressiyasının qurbanı olmuşdur. Həmçinin vurğulanıb ki, şairin sovet əsarətinə qarşı haqlı mübarizəsi onun şeirlərində tam dolğun şəkildə əksini tapmış, dərin vətənpərvərlik duyğuları yüksək ustalıqla ifadə olunmuşdur. Əhməd Cavad təkcə şeir yazmaqla kifayətlənməmiş, tərcümə fəaliyyəti ilə məşğul olmuş, bir sıra məsul vəzifələri uğurla yerinə yetirmişdir. Eyni zamanda Əhməd Cavadın milli istiqlal mücadiləsində mühüm rolundan, Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəaliyyətindən bəhs edilib, onun Azərbaycan bayrağını, istiqlalımızı tərənnüm etdiyi, həmçinin sonrakı dövrlərdə vətən nisgilli şeirlərindən nümunələr gətirilib. Bundan başqa şeirlərinin ehtiva etdiyi vətən sevgisi, azadlıq mücadiləsində qəhrəmancasına həlak olmuş şəhidlərə rəğbət, bayrağın mədhi kimi məsələlərə toxunulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi