Kamil Əyyubov doğum günündə yad edildi

Vətənimizin bütövlüyü uğrunda canını qurban verən igidlərdən biri də Şəhid Kamil Baba oğlu Əyyubovdur. 13 oktyabr 2022- ci il tarixində Kamil Əyyubovun doğum günündə şəhidin əziz xatirəsi yad edildi. Məktəbin adını daşıdığı Kamil Əyyubovun həyatı və hərb yolu haqqında məlumatlar verildi, Azərbaycan dili və ədəbiyyatı fənn müəllimi Salamova Cəmilənin rəhbəri olduğu 5B sinif şagirdləri Şəhidlərimizə, Qarabağa, vətənpərvərliyə aid çıxışlar nümayiş etdirdilər. Şəhidin məktəbin həyətində qoyulmuş büstü ziyarət edildi və büstü önünə qərənfillər düzüldü.

Allah Şəhidlərimizə Rəhmət Eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi