Şəhid leytenant Ravil Hümbətov məktəbimizdə anıldı

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində genişmiqyaslı təxribatı nəticəsində şəhid olan leytenant Ravil Hümbətov məktəbimizdə anıldı. 6C sinif rəhbəri Günay Bağırovanın təşkil etdiyi anım tədbirində eyni zamanda sinfin valideynlərinin təşəbbüsü ilə yaradılmış Şəhidin adına guşə də təqdim edilib. Tədbirdə 6C sinif şagirdləri Şəhidin həyatı və döyüş prosesi haqqında tədbir iştirakçılarına məlumat verdilər, vətənpərvərlik ruhunda şeir və mahnılar səsləndirdilər. Həmçinin Şəhidimizlə bağlı təqdimat nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi