“Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsinin məktəb mərhələsi keçirildi

Xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilmiş Şuşa qalibiyyətinin əhəmiyyətinin ölkənin ümumi təhsil müəssisələrində təbliğini gücləndirmək və 2022-ci ilin “Şuşa İli” elan edilməsinə dair dövlət başçısının 5 yanvar 2022-ci il tarixli 3096 nömrəli Sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 26.09.2022-ci il tarixli, F-562 nömrəli əmrinə əsasən Nazirliyin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə ölkənin ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsi keçirilir.
4 Oktyabr tarixində məktəbdə müsabiqənin ilkin mərhələsi olan məktəbdaxili mərhələsi keçirilib. Mərhələ üzrə məktəbin IX-XI siniflərindən 20 şagird məktəbdə kompüter əsaslı olmaqla müsabiqəyə qoşulublar. Yazılar yoxlanıldıqdan sonra məktəb üzrə I yeri qazanmış şagird şəhər turunda iştirak üçün vəsiqə qazanacaq.