Anım Günü münasibətilə məktəbdə silsilə tədbirlər keçirilib

Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizə dərin ehtiramın ifadəsi olan 27 sentyabr - Anım Günü ölkəmizin hər yerində olduğu kimi, məktəbimizdə də silsilə tədbirlərlə qeyd edilib. 1B, 5A, 5Ç, 6D sinifləri üzrə təşkil olunan anım tədbirləri xüsusilə fərqlənib.

 

Tədbirlərdə Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və sarsılmaz iradəsi nəticəsində 2020-ci ilin 27 sentyabr tarixində zəfər yürüşünə çıxan rəşadətli ordumuzun 30 illik həsrətə son qoyaraq işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdiyi, vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin daim qəlblərdə yaşayacaqları, onların xatirələrinin hər zaman əziz tutulacağı vurğulanıb.

 

Müəllimlər şagirdlərə geniş məlumatlar təqdim edib, şagirdlər isə Şəhidlərimizin xatirəsinə şeirlər səsləndirib, çıxışlar nümayiş etdiriblər. Məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgi də böyük marağa səbəb olub. Həmçinin məktəbin 4B və 6E sinifləri adından məktəbin həyətində Şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq ağac və güllər əkilib. Bundan başqa müəllim və şagirdlər tərəfindən II Şəhidlər Xiyabanı ziyarət olunub. Məktəbin foyesində istedadlı şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi