Yeni Şəhid guşələrinin yaradılması davam etdirilir

Məktəbdə şəhid guşələrinin yaradılması davam edir. Yeni tədris ilində ilk şəhid guşəsi məktəbin rus dili müəllimi Sevda Seyidovanın rəhbərlik etdiyi 5 "A" sinifinin iştirakı ilə yaradıldı. Vətən müharibəsi qəhrəmanı şəhid polkovnik leytenant Anar Əliyevin adını daşıyan sinif otağının açılış tədbiri təşkil edildi. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Anar Miriyev, Uşaq birliyi rəhbəri Ətlas Rəhimov, şagirdlər və şəhidin ailə üzvləri də iştirak etdilər. Tədbirdə şagirdlər vətənpərvərlik haqqında şeirlər səsləndirdilər, vətən müharibəsi qəhrəmanının həyatı haqqında maraqlı məlumatlarla çıxış etdilər. Onu da qeyd edək ki, şəhid polkovnik leytenant Anar Əliyevin adını daşıyan otaqda onun övladı da təhsil alır. Sinif otağının yeni tədris ilində açılışını da şəhidin övladı etmişdir.