Ulu öndər Heydər Əliyev milli neft strateqiyasının yaradıcısıdır

  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar 20 nayabr 2014-cü ildən - 20 may 2015-ci ilə kimi Bakı şəhəri Təhsil İdarəsinin təşəbbüsü ilə ümumtəhsil məktəblərində XI sinif şagirdləri üçün “Ulu öndər Heydər Əliyev müstəqil azərbaycanın qurucusu və memarı” mövzusunda məruzələr təşkil edilmişdir. Məruzəyə ümumtəhsil məktəblərin tarix müəllimləri cəlb edilmişdir. Bu tədbirlərlə əlaqədar Bakı şəhəri Nizami rayonu K.Əyyubov adına 12№-li tam orta məktəbin tarix müəllimi Şövqiyyə Əsgər qızı Əliyeva da 15.04.2015-ci il tarixdə Bakı şəhəri 220№-li məktəb-liseydə təşkil edilmiş görüşdə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ölkədə iqtisadi dirçəlişin əsası kimi mövzunda “Ulu öndər Heydər Əliyev milli neft strateqiyasının yaradıcısıdır” başlığı altında məruzə ilə çıxış etmişdir. Məruzənin tezisi Ulu öndərin hakimiyyətə qayıdışından sonra dünya iqtisadiyyatına inteqrasiya. Iqtisadiyyatda liderallaşmanın güclənməyə başlanması, xarici investorların ölkəyə cəlb olunması. “Əsrin müqaviləsi”nin imzalanması ilə milli neft strateqiyasının əsasının qoyulması. “Əsrin müqaviləsi” müstəqilliyimizin təminatı, iqtisadi inkişafımızın mənbəyi kimi. Azərbaycanın dünyası enerji və siyası xəritəsində mövqeyinin möhkəmlənməsi. Görüşdə Nizami rayon Təhsil İdarəsinin Metodkabinetin sədri Mövlam müəllim, Bakı şəhəri Təhsil İdarəsinin tarix şöbəsinin baş metodisti Hikmət Hüseynov, rayon ümumtəhsil məktəblərin tarix müəllimləri və XI sinif şagirdləri iştirak etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi