Tədris ili ərzində fərqlənən şagirdlərlə görüş keçirildi
Məktəbin konfrans zalında 2021-2022-ci tədris ilində müxtəlif tədbir,müsabiqə, layihə və yarışlarda fəallığı ilə seçilən, aktiv iştirak edən şagirdlərlə görüş keçirildi. Tədbirdə direktor müavini Anar Miriyev, psixoloq Çinarə Həsənova, valideynlər və şagirdlər iştirak edirdi. Direktor müavini Anar Miriyevin təqdimatına əsasən müəyyən edilən şagirdlərə onların valideynlərinə ünvanlanan təşəkkür məktubu təqdim edildi. Həmçinin, tədris ili boyunca məktəbimizi rayon və şəhər müsabiqələrində bir neçə dəfə uğurla təmsil etdikləri üçün 8 "b" sinif şagirdi Bayramlı Nuray(inşa) və 9 "a" sinif şagirdi Sərkər Təhminə(rəsm), eyni zamanda məktəbdaxili bir neçə tədbirln təşkil edilməsində xüsusi rolu olan 9 "c" sinif şagirdi Eyubova Nərmin diplomla təltif olunublar. Şagirdlərimizi təbrik edir və onlara növbəti tədris ilində də uğurlar arzulayırıq!