Yay məktəbində dərslər davam edir
Yay məktəbində dərslərin keçirilməsi davam etdirilir.
Şagirdlərlə ünsiyyət bacarıqlarını düzgün qurmaq və inkişaf eletdirmək məqsədilə "Keyfiyyətli ünsiyyət" adı altında oyun oynanıldı. Şagirdlər müxtəlif rollarda çıxış edərək ünisyyət qurdular. Daha sonra şəxsiyyətlərarası münasibətləri möhkəmləndirmək məqsədilə şagirdlərə qrup işi verildi.
Coğrafiya fənn müəllimi Xədicə Əkbərova yay məktəbində şagirdlərə planetlərdən, materiklərdən və s. geniş məlumatlar verib.
Məktəbin çağırışaqədərki hazırlıq müəllimi Bəylər Kərimov yay məktəbində şagirdlərə əleyhqazdan düzgün istifadə qaydaları və yaralının təxliyəsi qaydalarını şagirdlərə öyrətdi.
İnformatika fənn müəllimi Aynur Abdullayeva yay məktəbində şagirdlərlə əyləncəli məntiqi oyunlar təşkil edib, mühəndis dəstindən istifadə edərək mexaniki enerjini elektrik enerjisinə çevirmə yollarını göstərmişdir.
İbtidai sinif müəllimi Təranə Allahverdiyeva yay məktəbində şagirdlərə təbiətə sevgi, yaşıllığa qayğı istiqamətində öyrədici dərs keçib.