Şagirdlərimizin cənub bölgəsinə ekskursiyası təşkil olunub

“Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran, Masallı, Lerik və Astara rayonları ərazində yerləşən və layihəyə cəlb olunan aqro-turizm məntəqələrinə məktəblilərin ekskursiyası təşkil olunur. Ekskursiyanın məqsədi məktəblilərin orqanik sitrus bağları, balıqçılıq, bağçılıq, bostançılıq və fermer təsərrüfatları ilə tanış edilməsidir. Tələb olunan meyarlar əsasında məktəbin musiqi fənn müəllimi Zeynalova Könülün rəhbərlik etdiyi 5 "A" sinfinin şagirdlərinin də layihə çərçivəsində qonşu məktəbin şagirdləri ilə birlikdə cənub bölgəsinə gəzintisi təşkil olunub. Səfər zamanı şagirdlərimiz Astara rayonu, Səncərədi kəndində yerləşən “Yaşıl Göl”  turizm məntəqəsini ziyarət ediblər. Məktəblilər həm əyləniblər, həm də bölgənin ekoturizm və aqroturizm məkanları, onların təqdim etdikləri xidmətlərlə tanış olublar

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi