"Dünyanı verək uşaqlara" adlı tədbir keçirildi

Məktəbin akt zalında 06.06.2022-ci il tarixində ibtidai sinif müəllimi Əliyeva Ulduzun təşkilatçılığında 1 "B" sinif şagirdlərinin iştirakı ilə "Dünyanı verək uşaqlara" adlı tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Rahim Novruzov, direktor müavinləri Şəfiqə Əlizadə, Anar Miriyev, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Əliyeva Ulduz qonaqları salamladıqdan sonra, səhnə birincilərin ixtiyarına verilib. Balaca məktəblilər bir-birindən maraqlı səhnəciklər, kompozisiyalar nümayiş etdirib, şeirlər səsləndirib, rəngarəng musiqi nömrələri və rəqslər ifa ediblər. Birincilərin çıxışları tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaratdı. Sonda çıxış edən məktəbin direktoru tədbirə görə sinif rəhbəri, şagirdlər və valideynlərə təşəkkürünü bildirib.