Şagirdimiz bədii gimnastika yarışları üzrə qızıl medal qazanıb

Bədii gimnastika üzrə 1-ci açıq birinciliyinin yekun nəticələrinə əsasən fərdi proqramda çıxış edən 2012, 2011, 2010 və 2007-2009-cu il təvəllüdlü idmançılar arasında qalib və mükafatçılar müəyyənləşib.
D qrupunda çıxış edən 2011-ci il təvəllüdlü gimnastlar arasında alətsiz hərəkətlər proqramında birinciliyin qızıl medalını məktəbin 5 "B" sinif şagirdi Nigar Məmmədzadə (“Ocaq Sport” klubu) qazanıb. Təbrik edirik!