“İnsan hüquqları aylığı” üzrə məktəbdə silsilə tədbirlər təşkil olunur

Azərbaycan  Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 18 may-18 iyun tarixləri üzrə təyin edilən “İnsan hüquqları aylığı” üzrə məktəbdə direktor müavini Anar Miriyev tərəfindən tədbirlər planı tərtib olunub, plan üzrə keçiriləcək tədbirlərin adı, hansı mövzuları əhatə edəcəyi və keçirilmə tarixləri müəyyən edilib.

 

Tədbirlər planına uyğun olaraq 31.05.2022-ci il tarixində "Hüquqlarımı bilirəm" adlı maarifləndirici görüşlər məktəbin psixoloqu Nigar Babayeva tərəfindən siniflərdə həyata keçirilib. Şagirdlərə mövzu haqqında ətraflı məlumat verilib və hər bir insanın yaşamaq, azadlıq, vətəndaşlıq, iştirak etmək və s. kimi huquqlarından danışılıb.

 

03.06.2022-ci il tarixində tədbirlər planı çərçivəsində məktəbin konfrans zalında "Uşaq hüquqları" adlı dəyirmi masa təşkil olunub. Tədbirdə məktəbin uşaq birliyi rəhbəri Ətlas Rəhimova, məktəbin psixoloqları Çinarə Həsənova və Nigar Babayeva, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbir zamanı təşkilatçılar təqdimatla çıxış edərək, BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu, uşaqların istismardan və ayrı-seçkilikdən müdafiəsi, uşaqlara qarşı zorakılıqla mübarizə üsulları, məişət zorakılığı və erkən evliliyin fəsadları, uşaqların internet təhlükəsizliyi barədə şagirdlərə ətraflı məlumatlar veriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi