Şahmat festivalı

  Bakı şəhəri Nizami rayonunda K.Əyyubov adına 12№-li tam orta məktəbdə 14.04.-18.04.2015-ci il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən “Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 92-ci ildönümünə” həsr olunmuş şahmat üzrə respublika pilot məktəblərin 7-10 yaş qrupların arsında şahmat festivalının final mərhələsinin keçirilməsi yüksək səviyyədə təşkil edilib. Açılış mərasimində Azərbaycan Təhsil Nazirliyinin müavini Firudin Qurbanov, təhsil Nazirliyinin məktəbdənkənar və tərbiyyə işləri üzrə şöbə müdiri Vasif Məmmədov, “Təhsil” Respublika idman mərkəzinin direktoru Natiq Lahıcov, Bakı şəhər üzrə Təhsil İdarəsinin məsul işçıləri və şahmat üzrə idmançılar iştirak ediblər. Bu böyük şahmat festivalında Azərbaycanın bölqələrindən 53, Bakı şəhərindən 11 komanda, 337 nəfər iştirakcı şagird öz şəhər və rayon məktəblərini təmsil edir. Turnir 3 mərhələdən ibarətdir: I mərhələ - məktəb daxili, II mərhələ - rayon turu və III mərhələ - Respublika final mərhələsi. Şəxsi – komanda xarakteri daşıyan yarış İsveçrə sistemi üzrə keçirilir, komandaların tərkibi 7-10 yaşlı 3 oğlan və 3 qız olmaqla 6 nəfərdən ibarətdir. Bu festivalda yaş qrupları üzrə və komanda hesabında 1-ci, 2-ci və 3-cü yerləri tutan komandalar Təhsil Nazirliyi tərəfindən kubok, diplom və qiymətli hədiyyələrlə, fərqlənən şahmatçılar diplomla təltif olunacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi