1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbdə silsilə tədbirlər keçirilib

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbdə silsilə tədbirlər keçirilib.

 

Məktəbin akt zalında böyük bayram tədbiri keçirilib. Tədbiri izləyən müəllim, şagird və valideynlərə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı geniş məlumatlar təqdim edilib. Şagirdlər öz istedadlarını nümayiş etdiriblər. Müxtəlif maraqlı və şən səhnəcilər göstəriblər, şeir, mahnı və rəqslər ifa edib, əyləniblər. Tədbir zamanı videoçarx nümayiş etdirilib, balaca məktəblilərlə əyləncəli oyunlar təşkil olunub.

 

Tədbirlər silsiləsinə uyğun olaraq, 3 "B" sinfinin şagirdləri, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd etmək üçün onların ən əsas müdafiəçiləri - canından keçmiş şəhidlərimizi ziyarət ediblər. Məktəb adından İkinci Şəhidlər Xiyabanına əklil qoyublar.

 

Məktəbdə həmçinin şagirdlər üçün  idman və əyləncəli oyunların keçirilməsi təşkil olunub.

 

Məktəbin 6 "E" sinfinin rəhbəri Xədicə Əkbərova şagirdləri ilə birlikdə "Gənclik parkına" ekskursiya ediblər.

 

Bundan başqa məktəbin ibtidai sinif müəllimi Mehriban Ağayevanın rəhbərlik etdiyi 2 "A" sinfi isə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə videoçarx hazırlayıb.

Videonu məktəbin rəsmi feysbuk səhifəsinə daxil olub izləyə bilərsiniz.

LİNK:

https://www.facebook.com/175613789706692/videos/1052985755595994 

 

Məktəbin ibtidai sinif müəllimi Şəbnəm Cəfərlinin rəhbərlik etdiyi 3 "C" sinfi 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə videoçarx hazırlayıb.

LİNK:

https://www.facebook.com/175613789706692/videos/4829609047149158

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi