28 May Müstəqillik Gününə həsr olunan təşkilat saatı keçirilib

Məktəbdə 28 May Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib. Buna müvafiq olaraq məktəbin 5 "Ç" sinif rəhbəri Fəridə Seyidova tərəfindən 28 May Müstəqillik Gününə həsr olunan təşkilat saatı keçirilib. Tədbirdə həmçinin, direktor müavini Anar Miriyev, uşaq birliyi rəhbəri Ətlas Rəhimova və məktəbin psixoloqu Çinarə Həsənova iştirak ediblər. Şagirdlərə 28 May Müstəqillik Gününün yaranması, tarixi və nəailiyyətləri ilə bağlı ətraflı məlumatlar verilib, şagirdlər də öz növbəsində təqdimatlarla çıxış ediblər, hazırladıqları divar qəzetlərini də nümayiş etdiriblər. Şagirdlər 5 komanda şəklində yarışıblar və sonda ən yaxşı təqdimatla çıxış edən, suallara ən çox düzgün cavab verən komanda, eyni zamanda ən fəal şagirdlər diplomla təltif ediliblər.