"Zəfər tarixi" konfransı keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Zəfər tarixi" konfransının keçirilməsi ilə bağlı 18.04.2022-ci il tarixli F-146 saylı tədbirlər planına uyğun olaraq 24.05.2022-ci il tarixində məktəbin konfrans zalında  "Zəfər tarixi" konfransı keçirilib. Konfransda məktəbin direktoru Rahim Novruzov, direktor müavini Anar Miriyev, tarix fənn müəllimləri və 9-cu sinif şagirdləri iştirak ediblər.Tədbirlər planına uyğun olaraq interaktiv və müzakirələr əsasında keçən konfrans iki hissədən ibarət olub. Birinci hissədə tədbiri hazırlayan "Zəfər tarixi" fənnini tədris edən məktəbin tarix fənn müəllimi Aynur Rəhimova 9-cu sinif şagirdlərinin iştirakı ilə şagirdlərin Zəfər tariximiz haqqında məlumatlandırılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda igidlik göstərərək şəhidlik zirvəsinə ucalmış oğullarımızın şagirdlər arasında tanıdılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədlərinə xidmət edən interaktiv dərs hazırlayıb, həmçinin, şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılıb. İkinci hissədə isə məktəb rəhbərliyi və tarix müəllimlərinin iştirakı ilə interaktiv konfrans təşkil edilib. Bu mərhələdə "Zəfər tarixi" fənninin tədrisi, şagirdlərin vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlərin davamlılığı və s. istiqamətlərdə müzakirələr aparılıb, təkliflər hazırlanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi