Yaşıllığa qayğı-sağlam həyatın təminatçısıdır
Məktəbdə son bir neçə ildir gözəl ənənə formalaşıb. Belə ki, məktəbin həyətyanı ərazisində, dəhlizlərdə və sinif otaqlarında dibçək güllərinin sayı durmadan artırılır. Bu gözəl təşəbbüsə qoşulan məktəbin müəllim-şagird kollektivi güllərin əkilməsi və ona qulluq edilməsindən zövq alırlar. Siniflər sanki bir-biri ilə yarışır. Bizim sinifdə daha çox dibçək olacaq deyə. Şagirdlər artıq gözəl vərdişə yiyələniblər. Belə ki, onlar səhər dərsə gələrkən növbəli şəkildə öz sinif otaqlarında və eyni zamanda dəhlizlərdə mövcud olan dibçək güllərinə qulluq edirlər. Məktəbin pedaqoji və müəllim heyəti ilə yanaşı şagirdlərin də bu işi məcburiyyətdən deyil, sevə-sevə icra etməsi təqdirəlayiqdir.Təbiət qayğı tələb edir, insanlardan isti münasibət istəyir. O, bu qayğını elə insanların özünə görə istəyir, onlara qaytarmaq üçün istəyir. Böyüklü-kiçikli hamı çox gözəl başa düşür ki, yaşıllığa qayğı-sağlam həyatın təminatçısıdır.