"Dünya bizim evimizdir" adlı tədbir keçirilib

Şagirdlərin ekoloji tərbiyəsini formalaşdırmaq,onların idrak fəallığını inkişaf etdirmək,ətraf mühit sahəsində bilikləri genişləndirmək və maraq oyatmaq məqsədilə 16-20 may 2022-ci il tarixləri arasında məktəbin direktor müavini Anar Miriyev tərəfindən 5 "A",  5"B",  5"C",  5"Ç",  5"D", və  5"E" siniflərində "Dünya bizim evimizdir"(Ətraf mühiti qoruyaq) adlı tədbir  keçirilib. Tədbir BŞTİ-nin "Təbiəti qoruyanlar" adlı 18.04.2022-ci il tarixli F-138 saylı layihəsinə inteqrasiya olunub. Direktor müavini şagirdlərə məktəblilər arasında ekoloji maarifləndirməyə diqqətin artırılması, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olunması, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi baxımından onların səmərəli idarə olunması, tullantılara ikinci həyatın verilməsi və şagirdlərin asudə vaxtlarının səmərəli istifadəsinin təşkili, müasir ekoloji problemlərin yaratdığı fəsadlar, respublikamızda bu sahədə görülən işlər və hər bir vətəndaşın ətraf mühitin qorunmasındakı rolu barədə, eyni zamanda su ehtiyatlarının idarə olunması, sudan qənaətli və səmərəli istifadə ilə bağlı şagirdlərə geniş məlumatlar verib. Həmçinin ətraf mühitin mühafizəsinə töhfə verməyin hər kəsin borcu olduğunu şagirdlərin diqqətinə çatdırıb. Şagirdlər mövzu ilə bağlı çıxışlar edib, siniflərdə müzakirələr təşkil olunub. Eyni zamanda qeyd edilən siniflərin şagirdləri tərəfindən divar qəzetləri və müxtəlif əl işləri hazırlanıb. Hazırlanmış bütün təqdimatlar məktəbin foyesində sərgi formatında nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi