Müxtəlif peşə sahibləri olan valideynlərlə şagirdlərin görüşləri təşkil olunur

BŞTİ-nin  "Ailəm və məktəbim" adlı 18.04.2022-ci il tarixli F-145 saylı layihəsinin tədbirlər planına müvafiq olaraq məktəbdə müxtəlif peşə sahibləri olan valideynlərlə şagirdlərin görüşləri təşkil olunur. Növbəti belə görüş 20.05.2022-ci il tarixində məktəbin konfrans zalında keçirilib. Məktəbin 2 "D" sinfinin valideyni FHN-nin DYMX-nin əməkdaşı Tağıyev Ramiz ilə yanğınsöndürən peşəsinə yiyələnmək arzusunda olan şagirdlərin görüşünün təşkil olunduğu tədbirdə direktor müavini Anar Miriyev, uşaq birliyi rəhbəri Ətlas Rəhimova, məktəbin psixoloqları Çinarə Həsənova, Nigar Babayeva və şagirdlər iştirak ediblər. Tədbiri açıq elan edən direktor müavini layihə barəsində məlumat verdi, valideynə dəvəti qəbul edib şagirdləri maarifləndirdiyi üçün təşəkkür etdi. FHN-nin əməkdaşı şagirdlərə yanğınsöndürən peşəsi haqqında məlumat verdi, bu peşənin incəlikləri, diqqət edilməli olan məqamları haqqında şagirdlərə öz tövsiyələrini bildirdi. Daha sonra direktor müavini ilə birlikdə mövzu ətrafında şagirdlərlə sorğu aparıldı, şagirdlər müzakirələrə qoşulub yanğınsöndürmə fəaliyyəti haqqında, ümumilikdə, fövqəladə hadisələr, onların fəsadları və aradan qaldırılması yolları barədə öz fikirlərini bölüşdülər. Gələcəkdə digər peşə sahibləri ilə də şagirdlərin görüşlərinin keçirilməsi nəzərdə tutulur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi