Açıq havada dərslər keçirilir

"Təbiəti qoruyanlar" layihəsinin tədbirlər planına uyğun olaraq məktəbdə silsilə tədbirlərin keçirilməsi davam etdirilir. Layihə çərçivəsində həmçinin məktəbin biologiya və coğrafiya fənn müəllimlərinin şagirdlərə açıq havada dərsləri təşkil olunur. Dərslərdə ağac əkilməsi, qulluq edilməsi və calaqetmə prosesinin şagirdlər tərəfindən təcrübi olaraq izlənilməsi təmin olunur, məktəb həyətinin yaşıllaşdırılması həyata keçirilir. Həmçinin əkilmiş güllərə və bitkilərə şagirdlər tərəfindən qulluq edilməsi qaydaları öyrədilir. Bundan başqa açıq hava dərslərində iqlim və təbiət dəyişikliklərinin şagirdlər tərəindən canlı olaraq izlənilməsi də həyata keçirilir, şagirdlər önəmli biliklərə yiyələnirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi