Valideynlərlə birgə kitab müzakirəsi keçirildi

13 May 2022-ci il tarixində "Ailəm və məktəbim" layihəsi çərçivəsində valideyn və şagirdlərin birgə fəaliyyətlərə cəlb olunması məqsədilə məktəbin konfrans zalında dəyirmi masa formatında birgə kitab müzakirəsi keçirildi. Tədbirdə məktəbin direktor müavini Anar Miriyev, uşaq birliyi rəhbəri Ətlas Rəhimova, psixoloq Çinarə Həsənova, kitabxana müdiri Natəvan İsgəndərova, valideynlər və şagirdlər iştirak ediblər. Tədbiri açıq elan edən direktor müavini layihə barədə, eləcə də bu səpgili müzakirələrin keçirilməsinin məktəb-valideyn-şagird əməkdaşlığının güclənməsinə xidmətindən və şagirdlərin hərtərəfli inkişafı üçün əhəmiyyətindən bəhs etdi. Sonra kitabxana müdiri çıxış edərək məktəbin kitabxana fondundan, şagirdlərin mütaliəyə olan marağından danışdı. Daha sonra müzakirələrə qoşulan valideynlər və şagirdlər özlərinin mütaliə vərdişləri, çox sayda yerli və əcnəbi müəllifin əsərləri ətrafında fikir mübadiləsi aparıblar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi