Məktəbdə "Təkliflər qutusu" yerləşdirilib
Məktəbin əsas binasının girişində valideynlərin təklif və fikirlərinin öyrənilməsi məqsədilə təkliflər qutusu yerləşdirilib. Bu addım məktəb-valideyn-şagird münasibətlərinin daha da inkişafı istiqamətində, eləcə də şagird və valideynlərin öz fikirlərini, istək və təkliflərini birbaşa məktəb rəhbərliyinə çatdırmaları baxımından olduqca önəmlidir. Təkliflər qutusuna daxil olan təklif və fikirlər mütəmadi olaraq məktəb rəhbərliyi tərəfindən oxunacaq.