Beynəlxalq Bitki Sağlamlığı Günü münasibətilə dəyirmi masa keçirildi
12.05.2022-ci il tarixində məktəbin konfrans zalında Beynəlxalq Bitki Sağlamlığı Günü münasibətilə dəyirmi masa keçirildi. Tədbir Qida Təhlükəsizliyi Agentliyi, UNICEF və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində “Məktəblilərin qida bələdçiləri” pilot layihəsinin növbəti tədbiri çərçivəsində baş tutub.Tədbirdə direktor müavini Anar Miriyev, uşaq birliyi rəhbəri Ətlas Rəhimova, məktəbin biologiya fənn müəllimi Azadə Əliyeva, "Məktəblinin Dostu" layihəsinin nümayəndəsi Cabbarova Fəxriyyə və şagirdlər iştirak ediblər. Əvvəlcə direktor müavini tədbiri açıq elan edib, şagirdlərə həm Beynəlxalq Bitki Sağlamlığı Günü ilə bağlı, həmçinin mövzuya uyğun olan "Təbiəti qoruyanlar" layihəsi haqqında məlumat verib, şagirdlərlə müzakirələr təşkil edib.
Tədbirdə qida bələdçiləri layihəsini uğurla başa vuraraq, qida bələdçisi təyin olunan Fəxriyyə Cabbarova tərəfindən məktəblilərə Beynəlxalq Bitki Sağlamlığı Gününün mahiyyəti, bitki sağlamlığı və mühafizəsinin kainat üçün əhəmiyyəti haqda geniş məlumat verilib, şagirdlərə bitki mühitinin qorunması ilə bağlı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təlimatları izah olunub, bukletlər paylanılıb. Tədbirdə həmçinin biologiya fənn müəllimi Azadə Əliyeva da çıxış edib, şagirdləri mövzu ilə bağlı məlumatlandırıb.
Sonda məktəblilərin sualları cavablandırılıb.