"Hər şey övladımız üçün" adlı dəyirmi masa keçirildi
11.05.2022-ci il tarixində məktəbin konfrans zalında "Ailəm və məktəbim " layihəsinin tədbirlər planına uyğun olaraq valideynlərlə məktəb psixoloqlarının görüşü keçirildi. Görüşdə valideynlərin övladlarının məktəbə, sinif yoldaşlarına və müəllimə münasibəti, şagirdlərin hissi-emosional çətinlikləri, məktəb həyatı, peşə təhsilinin təşviqi və bu istiqamətlərdə valideynlərin fikirlərinin öyrənilməsi məsələləri müzakirə edildi. Diskusiya şəraitində keçən görüşdə daha sonra valideynlər onlara təqdim ediən sorğu vərəqələrini doldurublar.