Şagirdlərin icbari dispanserizasiyası mütəmadi diqqətdə saxlanılır

Məktəbin illik fəaliyyət planına uyğun olaraq həkim tərəfindən mütəmadi olaraq siniflərdə şagirdlərin  icbari dispanserizasiyası, onların tibbi müayinədən keçməsi vəziyyəti yoxlanılır. Şagirdlərin tibbi müayinədən keçirilməsi Uşaqların İcbari Dispanserizasiyası haqqında qanunun tələbinə uyğun aparılır.

Qanuna görə uşaqlar hər il icbari dispanserizasiya çərçivəsində tibbi müayinədən keçməlidirlər. Uşaqların dispanserizasiyası onların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsi məqsədilə kompleks profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərdən ibarət olan aktiv dinamik müşahidə sistemidir.

Uşaqlara illik profilaktik baxış zamanı onlar hər il bir və ya bir neçə ixtisas üzrə mütəxəssislər tərəfindən aktiv tibbi müayinədən keçirilir. 

2013-cü ildə qəbul edilmiş "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramına görə körpə doğulandan 1 yaşına qədər ayda iki, 2 yaşına qədər rübdə bir, 2-3 yaşlarında altı aydan bir, 3 yaşından sonra ən azı ildə bir dəfə kompleks müayinələrdən keçirilməlidir. Bu, dövlətin uşaq sağlamlığına göstərdiyi qayğının ifadəsidir.

Xatırladaq ki, 2013-cü ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun və Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq təlimatda göstərilib ki, əgər valideyn uşağını tibbi müayinədən, peyvənd etdirməkdən imtina edərsə, ondan yazılı izahat alınmalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi