Şagirdlərimiz asudə vaxtlarını səmərəli keçiriblər
30 Aprel tarixində Məktəbin tarix müəllimi Şövqiyyə Əliyeva, coğrafiya müəllimi Xədicə Əkbərova və riyaziyyat müəllimi Almaz Abbasova rəhbərlik etdikləri 6 "E", 7 "A" və 7 "C" siniflərinin şagirdləri ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mirzə Fətəli Axundzadənin həyatından bəhs edən "Qürbətdən gələn məktublar" tamaşasını izləyiblər. Şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün məktəb rəhbərliyi tərəfindən mütəmadi olaraq onların teatr, muzey, qoruq, tarixi-mədəni abidələrə ekskursiya və gəzintiləri təşkil olunur.