"Valideynin məktəbdə bir günü " layihəsi baş tutub

29 Apreldə məktəbdə “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Görüşdə valideynlər məktəb mühiti ilə tanış olub, onlara məktəbin fəaliyyəti, həyata keçirilən layihə və tədbirlər haqqında, tədris prosesi barədə ətraflı məlumat verilib. Valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilib və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Valideynlərin məktəb rəhbərliyi, müəllimlər və texniki işçilərlə rahat ünsiyyət qurmaları təmin edilib.

Valideynlər məktəb ərazisini, kitabxana, idman zalı, bufet, həkim otağı, videomüşahidə otağı və digər yerləri əyani şəkildə müşahidə edib, tanış olublar. Eyni zamanda valideynlərin iştirakı ilə tədris prosesini izləmək üçün sinif otaqlarında dərs müşahidələri də keçirilib.

Qeyd edək ki, layihə valideynləri övladlarının təhsil aldıqları tədris ocaqları ilə yaxından tanış etmək, istər infrastruktur, istərsə də tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını daha da genişləndirmək məqsədlərinə xidmət edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi