"Əziz Şuşa sən azadsan" adlı inşa yazı müsabiqəsi təşkil olunub

Məlum olduğu kimi 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdır. Bununla bağlı ölkə üzrə il ərzində çoxsaylı silsilə tədbirlərin keçirilməsi təşkil olunur. Eyni zamanda paytaxtdakı təhsil müəssisələrində həyata keçiriləcək tədbirlərə dair Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri imzalanıb. Əmrə əsasən, təhsil müəssisələrində “Şuşa ili” ilə bağlı silsilə tədbirlərin, “Zəfər” olimpiadasının keçirilməsi, məktəblilər arasında “Əziz Şuşa, sən azadsan!”, “Şuşa Qarabağın döyünən ürəyi” mövzularında inşa yazı müsabiqəsinin təşkili nəzərdə tutulur.

 

27 Aprel tarixində direktor müavini Anar Miriyevin rəhbərliyi ilə "Əziz Şuşa sən azadsan" adlı inşa yazı müsabiqəsi təşkil olunub. Müsabiqədə məktəbin müxtəlif sinifləri üzrə istedadlı şagirdlər iştirak ediblər. İnşa yazı müsabiqəsinin keçirilməsində əsas məqsəd məktəblilərdə milli-mənəvi dəyərlərimizi özündə yaşadan, tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik Şuşa şəhəri haqqında bilgiləri daha da artırmaq, eləcə də yeniyetmələrdə milli dəyərlərimizin aşılanması olub. İnşa yazının aparılmasına 90 dəqiqə vaxt verilib.

Münsiflər heyəti yazı üçün əhəmiyyət daşıyan bir sıra meyarları (düzgün strukturun gözlənilməsi, məzmunun tam açılması, mövzunun yaradıcı şəkildə şərhi, fikrin faktlarla əsaslandırılması, söz ehtiyatı zənginliyi və s.) nəzərə alaraq qiymətləndirmə aparacaq. Ən yüksək qiymətə layiq görülən inşa yazının sahibi məktəb rəhbərliyi tərəfindən təltif olunacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi