"Yol hərəkəti qaydalarını yadda saxla və riayət et" mövzusunda tədbir keçirilib
28 Apreldə məktəbin fəaliyyət planına uyğun olaraq məktəbin coğrafiya fənn müəllimi Xədicə Əkbərovanın sinif rəhbəri olduğu 6 "E" sinfi ilə hazırladığı "Yol hərəkəti qaydalarını yadda saxla və riayət et" adlı tədbir keçirilib.Tədbirin keçirilməsində məqsəd təhlükəsiz davranış qaydalarını öyrənmək, uşaqların yol hərəkəti qaydaları, yol nişanları barədə bilik səviyyəsini və ona əməl etmək bacarıqlarını nümayiş etdirmək olub. Tədbirdə həmçinin direktor müavini Anar Miriyev, uşaq birliyi rəhbəri Ətlas Rəhimova, psixoloq Çinarə Həsənova iştirak ediblər. Sinif otağı şüarlar, plakatlar, stendlər və yol nişanları ilə bəzədilmişdir. Şagirdlər mövzu ilə bağlı çıxışlar edərək məlumatlar vermiş, yol hərəkəti, piyadalarlar ilə bağlı şeirlər səsləndirib və səhnəciklər nümayiş etdiriblər. Tədbirdə direktor müavini çıxış edərək əsas diqqəti təhlükəsiz həyat üçün davranış vərdişlərinin formalaşdırılmasına yönəldilməsini tövsiyə edib, yol hərəkəti qaydalarını məktəb yaşlarından öyrənməyin və buna əməl olunmasının vacibliyini vurğulayıb. Sonda direktor müavini tərəfindən şagirdlərlə əyani surətdə yol nişanlarının tanınması ilə bağlı sorğu-sual keçirib, şagirdlər fəal şəkildə sualları cavablandırıblar.