"Tarixi keçmişimiz, abidələrimiz" və "Ölkəmizin hərtərəfli inkişafı" mövzuları ətrafında dəyirmi masa keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq şagirdlərlə müxtəlif mövzular üzrə maarifləndirici və məlumatlandırıcı tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti belə tədbir 28 Aprel tarixində məktəbin konfrans zalında "Tarixi keçmişimiz, abidələrimiz" və "Ölkəmizin hərtərəfli inkişafı" mövzuları üzrə dəyirmi masanın təşkil olunması ilə keçirilib. Tədbirdə direktor müavini Anar Miriyev, uşaq birliyi rəhbəri Ətlas Rəhimova, psixoloq Çinarə Həsənova, müəllimlər və 7 "D" sinif şagirdləri iştirak edib. Direktor müavini çıxış edərək şagirdlərə Azərbaycanın qədim tarixi, köhnə Bakı, ölkəmizdə mövcud olan abidlər, Azərbaycanın ictimai – siyasi, sosial-iqtisadi inkişafı, abadlıq-quruculuq, xüsusilə ordu quruculuğu haqqında geniş məlumatlar verib və qeyd edilən mövzularla bağlı videoçarxlar şagirdlərə nümayiş etdirilib. Şagirdlər də çıxış edərək həmin mövzularla bağlı fikirlərini bölüşüblər, onları maraqlandıran suallarına cavab alıblar. Tədbir müzakirə şəraitində davam edib. Qeyd edək ki, mövzular ətrafında digər şagirdlərlə də tədbirlərin təşkili davam etdiriləcəkdir.