“Məktəblilərin qida bələdçiləri” layihəsi məktəbimizdə
27.04.2022-ci il tarixində məktəbin konfrans zalında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) təşkilatçılığı, UNICEF-in dəstəyi və Təhsil Nazirliyinin iştirakı ilə reallaşmış “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəbin direktor müavini Anar Miriyev, müəllim və şagird heyəti ilə yanaşı AQTİ, UNİSEF və "Məktəblinin dostu" layihəsinin əməkdaşları iştirak etdilər. Ümumi məlumatın ardından 5-9-cu sinif şagirdləri arasında sorğu-anketi keçirilib. Həmçinin layihəyə uyğun olaraq məktəbdə maarifləndirici məlumat banerlərinin yerləşdirilməsi nəzərdə tutulub.