Narkomaniya ilə bağlı maarifləndirici tədbir keçirilmişdir

26.04.2022-ci il tarixində məktəbin konfrans zalında “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə direktor müavini Anar Miriyev, psixoloq Çinarə Həsənova, uşaq birliyi rəhbəri Ətlas Rəhimova, məktəbin həkimi Tahirə xanım, məktəbin şagird və müəllim kollektivi iştirak ediblər.
İlk əvvəl məktəbin direktor müavini çıxış edərək  tədbirin məqsəd və əhəmiyyətindən danışaraq  müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə məlumat verdi. Yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində diqqət edilməli olan məsələlərdən danışdı və ətraflı  məlumat verdi. Sonra tədbir iştirakçıları  narkotik vasitələrindən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən səhnələşdirilmiş video-çarxı izlədilər.
Daha sonra psixoloq və həkim çıxış edərək respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması barədə danışdılar, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikirlərini bölüşdülər, məktəblilərə müəyyən tövsiyyələr verdilər.
Sonda mövzu ətrafında şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi