"Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı" adlı stend hazırlanıb
Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni- mənəvi dəyərini nəzərə alaraq 2022-ci ili Azərbaycan Respublikasında “Şuşa İli” elan etmişdir.
"Şuşa ili" ilə bağlı məktəbdə tədbirlər planı hazırlanmış və mütəmadi olaraq tədbirlər, dəyirmi masalar, açıq dərslər, təşkilat saatları, inşa müsabiqələri və s. keçirilməsi nəzərdə tutulmusdur.
Məktəbin Azərbycan dili və ədəbiyyat fənn müəllimi İltimas İsmayılovanın təşəbbüsü ilə rəhbərlik etdiyi 9 "B" sinfinin şagirdlərinin iştirakı ilə "Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı" adlı stend hazırlanmışdır