Məktəbdə "Oxu günü" ilə əlaqədar tədbirlər keçirilib

Məktəbdə “Oxu günü” ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində məktəbdə Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü barədə şagirdlərə zəruri məlumatlar çatdırılıb, müxtəlif məkanlarda şagirdlər tərəfindən seçmə yolla bədii əsərlərin oxusu və müzakirəsi təşkil edilib. Şagirdlərin iştirakı ilə ədəbi-bədii gecə, qiraət axşamı və poeziya saatı keçirilib.  Həmçinin “Oxu günü” nə həsr olunmuş sinif divar qəzetləri hazırlanıb, şagirdlərin rəsmlərindən ibarət sərgi təşkil olunub. Ümumiyyətlə, mütaliə, yazı və nitq mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə aprel ayı məktəbdə kitabxana xətti ilə şagirdlərin geniş cəlb olunduğu “Mütaliə aylığı” elan edilib. 3B sinfi tərəfindən maraqlı videoçarx da hazırlanıb. Videonu məktəbin rəsmi feysbuk səhifəsinə daxil olub izləyə bilərsiniz.

https://youtu.be/gEg69rLAVUg

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi