Şagirdlərimiz məntiq olimpiadasında və fənn müsabiqələrində finala yüksəliblər

02 aprel 2022-ci il tarixində Lütfi Zadə Məntiq Olimpiadası, 03 aprel 2022-ci il tarixində  6-cı və 7-ci sinif şagirdləri arasında Məktəblilərarası VII Fənn Müsabiqələri təşkil edilmişdir. Hər iki müsabiqədə müvafiq fənlər üzrə iştirakçıların 20%-i növbəti mərhələyə keçməsi qərarı alınmışdır.  Məntiq olimpiadasında 9 şagirdimiz, fənn müsabiqələrində isə 8 şagirdimiz uğurlu çıxış edərək finala vəsiqə qazanıblar. Məntiq olimpiadası üzrə məktəbin 5B sinif şagirdi Codeyri Melisa təqdim olunan bütün sualları doğru cavablandıraraq 100% nəticə göstərmiş və respublika üzrə ilk pillənin sahiblərindən biri olmuşdur.Şagirdlərimizi təbrik edir və onlara  növbəti mərhələdə uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi