“Məişət zorakılığı” adlı maarifləndirici tədbir keçirildi
Məktəbin konfrans zalında “Məişət zorakılığı” mövzusunda maarifləndirici tədbir keçirilib.Tədbirdə direktor müavini Anar Miriyev, uşaq birliyi rəhbəri Ətlas Rəhimova, psixoloq Çinarə Həsənova, müəllimlər və şagirdlər iştirak etmişdir.
Tədbirin məqsədi ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində şagirdləri maarifləndirməkdir.
Məktəbin direktor müavini və psixoloqu öz çıxışlarında bildiriblər ki, statistika və sorğular onu göstərir ki, dünyanın bir çox ölkələrində zorakılıq və xüsusən də gender əsaslı zorakılıqlar hələ də davam etməkdədir. Məişət zorakılığın qarşısının alınması insanların təhlükəsizliyin təmin olunmasında böyük əhəmiyyət kəsb edir. Məişət zorakılığın və ya ailədə zorakılıq hallarının yalnız bir ailənin deyil, cəmiyyətin təhlükəsizliyinin əsasları üçün təhdid olmasından, total xarakter daşımasından, məişət zorakılığına qarşı mübarizənin bütün cəmiyyəti əhatə etməsindən və bu sahədə həssas yanaşmasından bəhs edilib.
Tədbir görüş iştirakçılarının sual - cavabları ilə yekunlaşıb və şagirdlərin mövzu ətrafında fikirləri öyrənilib.