“İnsan alverinin qurbanı olma!” adlı maarifləndirmə tədbiri keçirilib

Məktəb tərəfindən şagirdlərlə insan alveri  və onun yaratdığı fəsadlara qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində  mütəmadi olaraq tədbirlər həyata keçirilir.

 

Bu istiqamətdə görülən işlərin davamı olaraq, məktəbdə İnsan alverinin qurbanı olma!” adlı növbəti maarifləndirmə tədbiri keçirilib.Tədbirdə direktor müavini Anar Miriyev, uşaq birliyi rəhbəri Ətlas Rəhimova, psixoloq Çinarə Həsənova, müəllimlər və şagirdlər iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan  məktəbin direktor müavini  tədbir iştirakçılarını salamlayaraq, gənclər arasında aparılan maarifləndirmə işləri barədə məlumat verərək, maarifləndirici tədbirlərin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Direktor müavini mövzu ilə bağlı çıxışını davam etdirərək,  insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları barədə məlumat verib.

Məktəbin psixoloqu isə problemin aktuallığını qeyd edərək, insan alveri qurbanları üçün yaradılmış sığınacaqlar, eləcə də onların cəmiyyətə reinteqrasiya olunmasında psixoloji yardım amilinin əhəmiyyətini vurğulayıb. Əyani nümunələr əsasında şagirdləri mövzu ilə bağlı məlumatlandırıb.

Sonda tədbir iştirakçılarının mövzu ətrafinda sualları cavablandırılıb və şagirdlərin fikirləri öyrənilib.

“İnsan alverinin qurbanı olma!” adlı layihə çərçivəsində tədbirlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi