“Erkən nikah və fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

Məktəbdə “Erkən nikah və fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

 

Tədbirdə direktor müavini Anar Miriyev, uşaq birliyi rəhbəri Ətlas Rəhimova, psixoloq Çinarə Həsənova, müəllimlər və şagirdlər iştirak etmişdir. İştirakçılara mövzuya aid film və slayd nümayiş etdirilmiş, mövzu haqqında çıxışlar edilmişdir. Direktor müavini və psixoloq öz çıxışlarında bildiriblər ki, ölkə qanunlarına əsasən 18 yaşını tamamlamayan hər bir şəxs uşaq sayılır, 18 yaşdan əvvəl həyata keçirilən evliliklər erkən evlilik hesab olunur və qanun pozuntusu sayılır. 

 

Digər tərəfdən də erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmurlar və bu cür erkən nikahlar sonradan onların həyatında bir sıra böyük fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklərlə kimi bir çox problemlərə yol açır. Belə hallara qanunvericiliklə icazə verilən yaşda ailə quranlarla müqayisədə, erkən nikaha girən ailələrdə daha çox rast gəlinir.

 

Həmçinin qeyd olunmuşdur ki,  erkən nikahların qarşısının alınması üçün həyata keçirilən profilaktik tədbirlərin daha təsirli olması və nəticə verməsi üçün bu tərz maarifləndirmə işlərinin yalnız uşaqlar və şagirdlər arasında aparılmasının kifayət olmadığı bildirilmişdir. Çünki, bu haqda məktəbliyə nə qədər yeni informasiya verilsə də, evdəki mühitdə yenə valideyndən asılı vəziyyətdə qalır. Ona görə də, maarifləndirməyə eyni zamanda müəllimlərin, din xadimlərinin, bölgənin nüfuzlu adamlarının və valideynlərin cəlb edilməsinin, bu haqda insanlara düzgün məlumatlar çatdırılmasının vacibliyi qeyd edilmişdir.

 

Tədbirin sonunda mövzu ətrafında suallar cavablandırılmışdır, şagirdlərin fikirləri öyrənilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi