"Reproduktiv sağlamlıq" mövzusunda maarifləndirici seminar keçirildi
Məktəbdə mütəmadi şəkildə müvafiq qurumlarla birlikdə şagirdlər arasında, xüsusilə də yeniyetməlik dövründə olan gənc nəslin sağlam tərbiyəsi istiqamətində maarifləndirmə işləri aparılır, seminarlar, mühazirələr, dəyirmi masalar və s. təşkil olunur.
Məktəbin konfrans zalında 01.04.2022-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin birgə layihəsi olan "Ümidli gələcək" təşkilatının tövsiyyəsi ilə məktəbin VI sinif qızları arasında "Reproduktiv sağlamlıq" mövzusunda görüş təşkil olundu.Tədbirdə məktəbin uşaq birliyi rəhbəri Ətlas Rəhimova, məktəbin psixoloqu Çinarə Həsənova, məktəbin həkimi Qəmər xanım və qız şagirdlər iştirak edirdi.Tədbirdə məktəbin həkimi və psixoloqu görüş iştirakçılarına yeniyetməlik dövrünün xüsusiyyətləri, ailə planlaşdırılması, şəxsi gigiyena qaydaları və s.barədə ətraflı məlumat verməklə yanaşı,reproduktiv sağlamlığın insan üçün fiziki, mənəvi və sosial rifah vəziyyəti olduğunu qeyd etdilər, insan təkmilləşdikcə reprodukdiv sağlamlığın da inkişaf etməsi barədə şagirdlərlə söhbət apardılar. Çıxış edənlər bu sağlamlığın təməlinin yeniyetməlik dövründə yaranmasını və bütün həyat boyu qorunub-saxlanılmasını xüsusi vurğuladılar.