"Bahar çələngi" adlı bayram tədbiri keçirildi

Məktəbin akt zalında 17.03.2022-ci il tarixində böyük "Bahar çələngi" adlı bayram tədbiri keçirildi. Müxtəlif maraqlı səhnəcik və çıxışların olduğu tədbirdə səhnə Novruz atributları, milli-qədimi əşyalar və istedadlı şagirdlərin əl işləri ilə bəzədilmişdi. Şagirdlərin bir-birindən gözəl rəqsləri, ifa etdikləri mahnılar, səsləndirdikləri şeirlər, musiqi alətlərində ifaları, Novruz adətlərinin səhnələşdirilməsi, kosa və keçəlin maraqlı və məzəli çıxışları, müxtəlif səhnəciklərin göstərilməsi, bayramın tarixini özündə əks etdirən slaydın nümayiş etdirilməsi, aparıcıların dolğun məlumatları akt zalında toplaşan müəllim, şagird və valideynlər tərəfindən olduqca böyük maraq və zövqlə izlənildi. Yekunda çıxış edən direktor müavini Anar Miriyev tədbir iştirakçılarını və tədbiri izləyənləri qarşıdan gələn birlik, həmrəylik, bərəkət bayramı olan Novruz münasibətilə təbrik edib  və bayramı qalibiyyət ruhunda qeyd etməyimizdən məmnunluğunu bildirib. Həmçinin bayram münasibətilə məktəbdə təşkil olunan "Ən yaxşı xonça" müsabiqəsinin qalibi olan siniflər təltif olundu. Tədbirlə bağlı videoları məktəbin rəsmi feysbuk səhifəsindən izləyə bilərsiniz.

LİNKLƏR:

https://www.facebook.com/watch/?v=1002134980385864

https://www.facebook.com/watch/?v=321925569814092

https://www.facebook.com/watch/?v=2053941831432539

https://www.facebook.com/watch/?v=1399899870446215

https://www.facebook.com/watch/?v=292529756329755

https://www.facebook.com/watch/?v=651904466078023

https://www.facebook.com/watch/?v=713589886487640

https://www.facebook.com/watch/?v=1184355985636496

https://www.facebook.com/watch/?v=733317381168649

https://www.facebook.com/watch/?v=297638305841956

https://www.facebook.com/watch/?v=1012988112641199

https://www.facebook.com/watch/?v=374186894317241

https://www.facebook.com/watch/?v=681331912903625

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi